1994-cü il sentyabrın 20-də Ümumilli lider
Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan milli
həyatımızda qlobal əhəmiyyətə malik “Əsrin Müqaviləsi” imzalandı. ABŞ prezidenti
B.Klintonun təbrikində deyilirdi: Birləşmiş ştatlar tarixdə bu növ sazişlər
arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. Biz çox şadıq ki, Siz qüdrətli
iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız.Ümumilli lider Heydər
Əliyevin 1994-cü ildə əsasını qoyduğu müstəqil Azərbaycanın neft strategiyası
XXI əsrin ilk illərində daha böyük uğurla davam etdirildi.
Azərbaycan nefti dünyada böyük şöhrət
qazanmışdır. İkinci dünya müharibəsində fahişst almanları üzərində qəti qələbənin
təmin olunmasında Bakı neftinin böyük rolu olmuşdur. Müharibə dövründə ölkəyə 75
milyon ton neft, 22 milyon ton benzin verildi.Ordunun yanacağa olan tələbatının
70-75 faizini, benzinin 85-90 faizini Bakı neftçiləri ödəyirdi. Dövlət müstəqilliyimizi
əldə etməmişdən öncə Azərbaycan nefti xarici dövlətlər tərəfindən mənimsənilirdi. Hal-hazırda
müstəqil dövlət kimi öz milli sərvətimizin sahibiyik.
Ölkə prezidenti Cənab İlham Əliyev daxili və
xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanı
ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin
başlanğıcını qoyaraq neft strategiyasının da uğurla həyata keçirilməsinə nail
oldu. Bu mühüm və strateji əhəmiyyətli sahəyə iri həcmdə investisiyalar
qoyuldu, Xəzər dənizində “Azəri", “Çıraq”,”Günəşli” sahələrində yeni neft yataqlarının istismarına
başlanıldı. "Şahdəniz" yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı həm də
böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi.
Azərbaycan neft və qaz istehsalının sürətlə
artması nəticəsində regionun və bütövlükdə dünyanın iri neft və qaz ixrac edən
ölkəsinə çevrildi. 2006-ci il iyulun 13-də Bakı-Tibilisi-Ceyhan əsas ixrac
boru kəmərinin inşası başa çatdırıldı.
Bu neft kəmərinin
çəkilməsi ilə Azərbaycanın qara qızılının dünya bazarına ən qısa və təhlükəsiz
yolla çəxması təmin olundu. Ölkə prezidenti Neftçilər günü münasibəti ilə bağlı
verdiyi müsahibədə neftçilərin əməyini yüksək qiymətləndirərək bildirmişdir
ki, neftçi peşəsi hörmətli, eyni
zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır.
Müstəqil dövlət
kimi neft sənayesindən əldə olunan gəlirlər ölkəmizin inkişafına infrastruktur
layihələrin həyata keçirilməsinə, insanların sosial həyatının daha yüksək səviyyədə
təmin olunmasına xidmət edir. Neft amili Azərbaycanın beynəlxalq aləmdə
mövqeyinin möhkəmlənməsinə ciddi təsir etdi. Dünyanın aparıcı neft şirkətləri ilə
qarşılıqlı,faydalı əməkdaşlığın dərinləşməsi həmin şirkətlərin mənsub olduğu
dövlətlərlə siyasi və mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.
Siyasətdə
neft amilindən istifadə olunması ölkəmizin neft strategiyasının tərkib hissəssidir.
Akif RÜSTƏMOV,,Xocalı rayon ziyalısı